Bu gün şəhidimiz Ülvi İbrəhimovun doğum günüdür.
Ülvi Xanəhməd oğlu İbrəhimov 1994-cü il aprelin 21-də Saatlı rayonunda anadan olub.
Vətən müharibəsində iştirak edərək şücaət göstərib.
O, 2021-ci il avqustun 28-də idarə etdiyi hərbi yük maşını ilə verilən tapşırığı yerinə yetirib geri qayıdanda minaya düşüb. Bakıda, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalında müalicə alıb. Lakin, müalicənin xeyri olmayıb və o, 2021-ci il sentyabrın 16-da şəhid olub.