Sentyabrın 9-da Azərbaycanın regionlarında 40 torpaq hərracı keçiriləcək.
Cenublu.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Məlumata görə, hərraclar Dövlət Xidmətinın Şirvan, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Xaçmaz, Beyləqan və Şamaxı ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.