top
Azərbaycanda qiymət artımı qadağan edilə bilər?
11 oktyabr 2025, 02:45
- ↺ +

Azərbaycanda qiymət artımı qadağan edilə bilər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə istənilən qiymət artımını qadağan edib və qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.

O, bu addımı inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi təmin etmək məqsədilə atıb. Belə bir qanun Azərbaycanda da tətbiq oluna bilərmi?

Qlobalinfo.az-a danışan iqtisadçı Emin Qəribli hesab edir ki, bu addım ölkənin qapalı iqtisadiyyat modelinə keçidini göstərir.

Onun fikrincə, Belarusda tətbiq olunan tədbirlər müvəqqəti xarakter daşıya bilər:

“Bu, bazar iqtisadiyyatının prinsiplərinə tamamilə ziddir. Həmin tədbirlərin nə qədər uzunmüddətli olacağı və iqtisadiyyata təsiri ayrıca müzakirə mövzusudur. Azərbaycanda bəzi məhsullara, məsələn, buğda və un bazarına nəzarət tətbiq olunur. Lakin hesab edirəm ki, bütün məhsullara eyni şəkildə kəskin nəzarətin tətbiqi effektiv olmayacaq və praktik baxımdan çətinliklər yarada bilər”.

E.Qəribli qeyd edib ki, iqtisadi proseslər adətən müxtəlif dövrlərə – qısamüddətli və uzunmüddətli mərhələlərə bölünür:

“Qısa müddətdə bu tədbirlər müəyyən təsir göstərə və vəziyyəti sabitləşdirə bilər. Lakin bu addım uzunmüddətli iqtisadi artımın qarşısını alan bir yanaşmadır. Qlobal miqyasda baş verən iqtisadi proseslərə nəzər yetirdikdə görürük ki, qiymət artımı davam edir və bu tendensiya iqtisadi artıma mənfi təsir göstərə bilər. Buna görə də düşünürəm ki, mövcud şəraitdə bu cür tədbirlər daha çox qısamüddətli sabitlik məqsədi daşıyır. Uzunmüddətli iqtisadi inkişaf üçün əlavə strategiyalara ehtiyac var”.

İqtisadçı əlavə edib ki, ölkəmizdə ən son statistik göstəricilər istehlak qiymətlərində 5,7%, qida məhsullarında isə 7,6% artım olduğunu göstərir:

“Bu artım, təbii olaraq, sosial cəhətdən həssas qruplara birbaşa təsir edir. Lakin hesab edirəm ki, bu sahədə prioritet bazar iqtisadiyyatı prinsiplərinə verilməlidir. Çünki bazarın özünün effektiv tənzimləyici alətləri mövcuddur və onlardan istifadə olunsa, daha balanslı nəticələr əldə edilə bilər”.

Bununla yanaşı, iqtisadçı düşünür ki, inkişaf etməkdə olan ölkələr inflyasiyadan müəyyən qədər qorxmamalıdırlar:

“Bəli, inflyasiyanın sosial təsirləri ola bilər, lakin müəyyən diapazonda inflyasiya iqtisadiyyatı stimullaşdıra da bilər. Təəssüf ki, bizdə çox zaman inflyasiya dərhal risk və ya təhlükə kimi qiymətləndirilir. Əslində isə inflyasiya xüsusilə hazırkı qlobal iqtisadi şəraitdə, qaçılmaz bir prosesdir. Mühüm olan bu prosesi idarə etmək və ənənəvi bazar iqtisadiyyatı çərçivəsində effektiv alətlərdən istifadə edərək onun təsirlərini minimuma endirməkdir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Bütün xəbərlər
24 oktyabr 2026, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
24 oktyabr 2026, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
24 oktyabr 2026, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
24 oktyabr 2026, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
24 oktyabr 2026, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
24 oktyabr 2026, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
24 oktyabr 2026, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
23 oktyabr 2026, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
23 oktyabr 2026, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
23 oktyabr 2026, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
23 oktyabr 2026, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
23 oktyabr 2026, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
23 oktyabr 2026, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
23 oktyabr 2026, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
23 oktyabr 2026, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
23 oktyabr 2026, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Oxşar xəbərlər