top
Astara yük terminalının tikintisi bitdikdən sonra gömrükdən sutkada 800 yük maşını keçə biləcək
15 oktyabr 2025, 03:20
- ↺ +

Astara yük terminalının tikintisi bitdikdən sonra gömrükdən sutkada 800 yük maşını keçə biləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti 162 kilometrdir. Bunun da 85 kilometrində müəyyən işlər görülüb, torpaq sahələri alınıb, hamarlanıb, bir sıra avadanlıqlar və reyslər gətirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Gilan vilayətinin (Ostanın) valisi (Ostandarı) Hadi Haqşenas İran mətbuatına (İSNA) verdiyi açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və İran rəsmilərinin dəmir yolunun vilayət ərazisindən keçəcək hissəsinə və Astaradakı yük terminalına baxış keçirmələri zamanı əldə olunan razılaşma tikintinin sürətlənəcəyini deməyə əsas verir.

“Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu təkcə Gilan vilayətinin deyil bütünlüklə İranın Azərbaycan, Rusiya və Şərqi Avropa bazarlarına çıxışını təmin edəcək. Gilan vilayəti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində əhəmiyyətli mövqeyə malikdir. Dəhlizin vilayətdən keçməsi onun ixrac potensialını artıracaq. Subtropik iqlimə malik olan vilayət meyvə ixrac etməklə Qafqaz ölkələri, Rusiya və Avropa bazarlarını təmin edə bilər. Dəhliz boyu Azərbaycan tərəfindən yaxşı infrastruktur qurulub. Astarada (İran) yük terminalının tikintisi tamamlandıqdan sonra üçtərəfli razılaşmaya əsasən gömrükdən sutkada 800 yük maşını keçə biləcək”, - deyə vilayət rəhbəri nəzərə çatdırıb.

Gilan vilayətinin iqtisadi potensialına toxunan vali bildirib ki, hazırda avtomobillərlə Azərbaycandan tranzit keçməklə Rusiya, Belarus və Gürcüstana meyvə, quru meyvə və kənd təsərrüfatı malları ixrac edilir: “Həmin ölkələrdən isə İrana ağac, taxta digər tikinti malları, gübrə idxal olunur. Rəşt-Astara yolu istismara verildikdən sonra idxal-ixrac əməliyyatlarının həcmi artacaq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Bütün xəbərlər
24 oktyabr 2026, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
24 oktyabr 2026, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
24 oktyabr 2026, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
24 oktyabr 2026, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
24 oktyabr 2026, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
24 oktyabr 2026, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
24 oktyabr 2026, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
23 oktyabr 2026, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
23 oktyabr 2026, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
23 oktyabr 2026, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
23 oktyabr 2026, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
23 oktyabr 2026, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
23 oktyabr 2026, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
23 oktyabr 2026, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
23 oktyabr 2026, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
23 oktyabr 2026, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Oxşar xəbərlər