top
FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib
Bu gün, 16:33
- ↺ +

FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində yüngül konstruksiyalı tikililərdən uzaq durmağı tövsiyə edib.

Bu barədə Cenublu.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır:

"Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".

Müraciətdə qeyd olunub ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır:

"Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:00

Salyanda balıq tutan lənkəranlını elektrik cərəyanı vurub

Bütün xəbərlər
Bu gün, 15:15

Əfqanıstan vətəndaşlarına hökm oxundu

Bütün xəbərlər
Bu gün, 14:37

Cəlilabadda iki VAZ toqquşdu: yaralılar var

Bütün xəbərlər
Bu gün, 14:00

Sabah hava necə olacaq?

İqtisadiyyat
Bu gün, 13:15

Azərbaycana turist axını 4 %-dən çox azalıb

İqtisadiyyat
Bu gün, 12:30

Sabah Azərbaycanda bütün sosial ödənişlər yekunlaşdırılacaq

Bütün xəbərlər
Bu gün, 11:50

İmişlidə şəhid ailələrinin yaşadığı küçələrin təmirinə 550 min manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Salyanda satışda təhlükəli pestisidlər aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 10:45

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:09

102-yə zəng edən 61 yaşlı astaralı həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:35

Cəlilabadda yük avtomobili 70 yaşlı kişini vuraraq öldürüb

Kriminal
Dünən, 17:58

Lənkəranda oğul anasını paltar yuduğuna görə döyüb

Bütün xəbərlər
Dünən, 17:15

Salyanda "Aşxana" kafesinin fəaliyyəti məhdudlaşdırıldı

Bütün xəbərlər
Dünən, 16:30

62 yaşlı velosipedçinin ilk səfəri ölümü ilə bitdi

Bütün xəbərlər
Dünən, 15:45

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Bütün xəbərlər
Dünən, 15:00

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:25

Lənkəranda qızlar üçün məktəb açdı, sürgündə görmə qabiliyyətini itirdi

Bütün xəbərlər
Dünən, 13:46

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:33

FHN: Ötən həftə 172 yanğına çıxış olub, 34 nəfər xilas edilib

Kriminal
Dünən, 12:00

Lerikli kişi uşağın yıxılmasına görə ananı döydü

Bütün xəbərlər
Dünən, 11:16

Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Cəmiyyət
Dünən, 10:52

Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT

Oxşar xəbərlər