Məktəb direktorlarının işə qəbulu müsabiqəsində uğur qazanan 463 namizəddən biri də Vətən müharibəsi iştirakçısı, əslən Lerikdən olan müəllim Bədəl Hüseynovdur.
O, Bakı şəhəri Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub.
Bədəl Hüseynov 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Vətən müharibəsi iştirakçısı" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.