Salyan rayonunda bitki mühafizə vasitələrinin satışı ilə məşğul olan mağazada nöqsanlar aşkarlanıb.
Cenublu.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Qarabağlı kəndində fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus mağazada yoxlama keçirib.
Nəzarət tədbirləri zamanı istehsal və son istifadə tarixi göstərilməyən, qeydiyyata alınmayan, istifadəsi qadağan olunan, eləcə də istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin də pozulduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub və mağaza sahibinə icrası məcburi göstərişlər verilib. İstifadəyə yararsız insektisid və fungisid məhsullarının dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.