Bakı şəhərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası və Azərbaycan Fullkontakt Kyokusinkay Karate Federasiyasının birgə təşkilatçılığı ilə Fullkontakt Kyokusinkay/Şinkyokusinkay karate növü üzrə uşaq, yeniyetmə, gənclər və böyüklər arasında XXV açıq respublika çempionatı və birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində verir.
Masallı idmançılarından Soltan və Rüfət Gəncizadə qardaşları respublika birinciliyində uğurlu nəticələr əldə ediblər. Belə ki, Rüfət (25 kq) qızıl, Soltan (45 kq) isə bürünc medal qazanıblar.