Masallıda keçirilən futbol turnirinə yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Ərəb kənd stadionunda şəhidlərin xatirəsinə həsr olunan turnirdə 9 komanda mübarizə aparıb.
Turnirin final oyununda Qarğalıq və Eminli kəndlərinin komandaları qarşılaşıblar. Maraqlı keçən oyun Qarğalıq komandasının qələbəsi ilə başa çatıb.
Sonda qalib komandalara kubok və diplomlar təqdim edilib.