top
Ziya Bünyadovun ermənilərin uydurmalarına sərt cavabları
24 sentyabr 2022, 03:00
- +

Ziya Bünyadovun ermənilərin uydurmalarına sərt cavabları

Astaralı tarixçi Ziya Bünyadov öz fəaliyyəti dövründə həmişə açıq şəkildə ermənilərə qarşı etirazlarını bildirib. Bundan əlavə, alim onların “nağıllarının” səhv olduğunu elmi araşdırmalarla sübut edib [1].

1988-ci ilin Sumqayıt hadisələri haqqında alimin 1989-cu ildə Milli Elmlər Akademiyasının “Tarix, hüquq və fəlsəfə” seriyasında “Nə üçün Sumqayıt?” adlı məqaləsi çap olunub [4]. Məhz Bünyadov tərəfindən bu məqalədə ilk dəfə olaraq ermənilərin təcavüzkar addımlarına, işğalçılıq niyyətlərinə elmi, hüquqi və siyasi qiymət verilib.

Tarixçi Cəbi Bəhramov onun haqqında deyib: “Ziya müəllim yeganə adam idi ki, 1989-cu il martın 14-də Dağlıq Qarabağda yerli idarəetmə qurumu təşkil olunanda qəti şəkildə bu qurumun əleyhinə çıxıb dedi: “Bu, Qarabağın Azərbaycanın əlindən alınmasıdır” [1]. Bünyadov 1989-cu ildə türk kanalına verdiyi müsahibədə deyib: “Qarabağı vermək məsələsi yoxdur, ola bilməz… Onda bizə yaşamaq da dəyməz” [5].

1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana etdiyi hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri idi [2].

1991-сi ilin yanvar ayında Qevorq Emin adı ilə tanınan erməni yazıçı Karlen Qriqoryeviçin ermənilərin xristianlığı qəbul etməsi və alban tarixi haqqında olan məqaləsi dərc olunub. Bu məqalədən sonra Ziya Bünyadov ona tarixi faktlarla səhv olduğunu sübut edib: “Ermənistan dövləti müstəqil siyasi vahid kimi 387-ci ildə mövcudluğunu dayandırıb. Ermənistanın dövlətçiliyi yalnız 1921-ci ildə bərpa olunub. Tutaq ki, 387-ci ilə qədər Artsax Ermənistanın tərkibində idi, bəs Ermənistanın özü ümumiyyətlə mövcud olmayan yerdə, o, necə bunun bir hissəsi ola bilərdi? Artsax məsələsində heç nə sizin xeyrinizə olmayacaq… Əgər siz Günəşi Aydan ayıra bilmirsinizsə, o zaman əlavə çəki ilə çiyinlərinizi yormağa ehtiyac yoxdur!” [3].

Ədəbiyyat:


  1. Mədəniyyət. AZ / 2. 2016.

  2. http://lib.az/persons/2

  3. http://www.anl.az/down/meqale/nauka/2020/dekabr/747274.htm

  4. İRS-Наследие. № 5. 2003.

  5. https://www.youtube.com/watch?v=0rNyZSkRsVw


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
Dünən, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
Dünən, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
Dünən, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
Dünən, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
Dünən, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:21

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Cəmiyyət
Dünən, 13:56

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Dünən, 13:22

Astarada 18 kq narkotik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:53

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Dünən, 12:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Dünən, 11:55

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Kriminal
Dünən, 11:26

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
Dünən, 10:58

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:25

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Dünən, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Dünən, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
05 avqust 2026, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
05 avqust 2026, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
05 avqust 2026, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
05 avqust 2026, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
05 avqust 2026, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
05 avqust 2026, 15:32

Sabah hava necə olacaq?

Oxşar xəbərlər