top
Zərdüştçülük dövründə yaranan toponim: Artupa kəndi
09 sentyabr 2023, 01:21
- ↺ +

Zərdüştçülük dövründə yaranan toponim: Artupa kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Artupa kəndi Astara şəhərindən 10 km şimal-qərbdə, Lənkəran ovalığında yerləşir [1]. Yaşayış məntəqəsi əhalisinin sayına və ərazisinə görə, Səncərədi inzibati ərazi dairəsinə daxil olan kəndlərin ən böyüyü hesab edilir [7].

“Artupa” sözü türk dillərində olan “art” və ya “arta” (dağ keçidi), “upa” (oba) hissələrindən düzəlib, yəni “dağ keçidində olan kənd” və ya “dağ aşırımında salınan oba” mənasını daşıyır [3,6]. Yazıçı Musarza Mirzəyevin fikrincə, kəndin adı zərdüştçülük dövrünə aid bir toponimdir, “art” (od) və “upa” (yer) sözlərinin birləşməsindən yaranıb, yəni bu yaşayış məntəqəsi “od yeri” anlamını daşıyır [2].

Kəndin cənub hissəsində, keçmişdə Rus-İran sərhədinə yaxın ərazidə, Astaraçay çayının sol tərəfində əvvəllər Qonçi məhəllə adlı bir yaşayış məntəqəsi olub. Həmin ərazi haqqında Mirzə Əhməd Mirzə Xudaverdi оğlunun “Əxbarnamə” əsərində qeyd olunub [9].

Yerli sakinlərin dediklərinə görə, 1960-cı illərdə kəndin ərazisində qazıntılar zamanı təsadüfən küplər içərisində çoxlu sayda qızıl sikkələr aşkar edilib [8].

Bu kənddə bir neçə tarixi abidə mövcuddur: tunc dövrünə aid kurqan, orta əsrlərə aid qəbiristanlıq, 1907-ci ilə aid Artupa kənd məscidi, Arta ocağı və s. [5].

Əhali, əsasən, çəltikçilik, heyvandarlıq və sitrusçuluqla məşğuldur [7].

1976-cı ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Artupa kəndində 1347 nəfərin yaşadığı qeyd olunub [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 1996 nəfər yaşayıb [4]. 

Ədəbiyyat: 


  1. Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1976.

  2. Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993.

  3. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.

  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.

  5. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  6. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.

  7. http://astara-ih.gov.az/az/news/264.html

  8. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.

  9. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə 1855. Bakı-2009.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər