Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov məşhur rusiyalı aparıcı Andrey Malaxovun verilişində çıxış edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Belə ki, Əlixan Səmədov verilişdə Ələkbər Tağıyevin “Sən gəlməz oldun” musiqisini balabanda ifa edib. Andrey Malaxovun balabanı Azərbaycan xalq aləti, musiqini isə Azərbaycan musiqisi kimi təqdim etməsi isə sosial şəbəkələrdə hər şeyi özününküləşdirən ermənilər tərəfindən mənfi qarşılanıb. Onların iddialarına görə, balaban erməni aləti, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” musiqisi isə erməni mahnısıdır.
Sonda Əlixan Səmədov Andrey Malaxova azərbaycanlı ustadlar tərəfindən hazırlanan balabanı təqdim edib.
Qeyd edək ki, Əlixan Səmədov əslən Lerik rayonundandır. O, Sumqayıtda böyüyüb başa çatıb.
[video width="1280" height="714" mp4="https://cenublu.az/storage/photos/2023/10/Rossiya-1.mp4"][/video]