Bəzən övladlar onların tələbatlarını ödəmək üçün valideynlərin çəkdikləri əziyyəti görmürlər. Elə bu səbəbdən də cəmiyyətdə get-gedə naşükür və nankor uşaqların sayı artmaqdadır.
Masallı rayonu Dəmirçi kənd məktəbinin müəllimi Leyla Qarazadə şagirdlərinə onları oxutmaq üçün valideynlərinin çəkdikləri əziyyəti göstərib. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
Bizim qeydimizə qalan, tərbiyə edən, canından çox sevib hər şeydən qoruyan, gözü kimi baxıb nazımızla oynayan, alın təri ilə qazanıb, yeməyib yedirən valideynlərimizə zamanında dəyər verək!
Biz onların haqqını ödəyə bilmərik!