top
Tarix yazan cənublu qadınlar: onlar əslində kimlərdir?
08 mart 2023, 06:35
- ↺ +

Tarix yazan cənublu qadınlar: onlar əslində kimlərdir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tariximizin və mədəniyyətimizin parlaq səhifəsi məhz qadınlarımızın adı ilə bağlıdır. Cənublu qadınlar Vətənimizin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlərdir.

Cənublu qadınlar…Onlar kimdirlər?

Cənubun qadınları gözəldir

Dünya gözəli seçilmiş ilk Azərbaycanlı qadın Sona Mehmandarova 1894-cü ildə Lənkəranda anadan olub.

Cənubun qadınları çalışqandır

Heydər Əliyev tərəfindən Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Solmaz Əliyeva 1944-ü ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olub.

Cənubun qadınları üzümüzdə gülüş yaradır

Azərbaycan SSR-in Əməkdar artisti, “Bakının işıqları”, “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” filmləri ilə yadda qalan Münəvvər Kələntərli 1912-i ildə Lənkəranda anadan olub.

Cənubun qadınları istedadlıdır

Azərbaycan səhnəsinin ilk qadın müğənnisi Həqiqət Rzayeva 1907-ci ildə Lənkəran rayonunun Darquba kəndində anadan olub.

Cənubun qadınları ilhamlandırır

Lənkəran şəhərindəki məşhur "Samovar" abidəsinin müəllifi Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədovadır.

Cənubun qadınları düşündürür

"Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox populyar xalq mahnılarını ilk dəfə lənkəranlı müğənni Cahan Talışinskaya ifa edib.

Cənubun qadını xeyirxahdır

Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1920-21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri Məryəm Bayraməlibəyova 1898-ci ildə Lənkəranda anadan olub.

Cənublu qadınlar güclüdür

Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı Dilrubə Camalova 1993-2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Cənubun qadınları qürurludur

İki oğlunu Vətənə əmanət edən şəhidlər anası Ziba Əsgərova. Onun oğulları - Nurlan Əsgərli Aprel döyüşlərində, İntiqam Əsgərli isə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Hər ikisi doğma Masallının Viləş kəndində dəfn olunublar.

Bax budur cənubun fədakar qadınları. Tarix boyu öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərən zərif qadınlar, bayramınız mübarək!

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər