top
Tanınmış şair-bəstəkar Şahin Musa Əbilov Türkiyədə Fəxri professor adına layiq görülüb
03 fevral 2023, 03:45
- ↺ +

Tanınmış şair-bəstəkar Şahin Musa Əbilov Türkiyədə Fəxri professor adına layiq görülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın tanınmış şair-bəstəkarı Türkiyədə Fəxri professor adına layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində Qaynarinfo.az-a istinadən verir.

Belə ki, şair-bəstəkar və həkim Şahin Musaoğlu türk dünyası mədəniyyətinə göstərdiyi böyük xidmətlərə və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafındakı fəaliyyətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Fəxri professor adına layiq görülüb.

Qeyd edək ki, Şahin Musa oğlu Əbilov 11 iyul 1963-cü ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil alıb.

Ş. Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illəri ölkədə müharibə getdiyi vaxta düşür. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır. 1992-ci ildə görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı, hərbi vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı - "İgid Əsgər, Möhkəm Dayan!" ilk dəfə televiziya ekranında səslənir.

Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra o, növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş. Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzularında yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum", həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeiri əsasında bəstələdiyi "Yalquzaq", Rüstəm Behrudinin məşhur "Salam, dar ağacı" şeirinin sözlərinə bəstələdiyi eyniadlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib.

Hazırda "Med Servis” özəl tibb mərkəzində poliklinika müdiri vəzifəsində çalışır.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komissiyasının sədri, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm” mükafatı lauereatıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Bu gün, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Bu gün, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Bu gün, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Dünən, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Dünən, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Dünən, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Dünən, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Dünən, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Dünən, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Dünən, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Dünən, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
05 noyabr 2026, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Oxşar xəbərlər