top
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun müəllimi olmuş Mirzə Ağəli Əliyev
04 oktyabr 2023, 22:14
- ↺ +

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun müəllimi olmuş Mirzə Ağəli Əliyev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Ağəli Mirzə Əziz oğlu Əliyev 1878-ci ildə Lənkəran şəhərində anadan olub.

Əliyev ilk təhsilini şair Mirzə İsmayıl Qasirdən və atası Mirzə Əzizdən alıb. O, ərəb, fars, türk dillərini bilirdi [1].

Mirzə Ağəli Əliyev 1907-ci ildə Lənkəranda ikidərəcəli “Behcət” məktəbi açılarkən orada müdir kimi çalışıb. O, bu məktəbə maarifçilər Teymur bəy Bayraməlibəyovu və Mirzə İshaq Möhsümzadəni dəvət edib. Əliyev 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib [1].

O, Cəlil Məmmədquluzadənin dostu olmuş, Lənkəran şəhər məktəbində fəaliyyətinin ilk ilində Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova dərs demişdir [3].

Şərqşünas alim Miller Boris Vsevolodoviç Lənkəranda tədqiqat işləri aparanda Mirzə Ağəli Əliyev onun köməkçilərindən biri olub [2].

Lənkərandakı ilk xalq muzeyinin açılması və fəaliyyəti onun adı ilə bağlıdır. Mirzə Ağəli Əliyev muzeyi zənginləşdirmək üçün daim axtarışlar aparıb, Moskva, Sankt-Peterburq və Bakının müxtəlif muzeyləri ilə əlaqə saxlayaraq onlardan yardım istəyib. Bu işdə ona yaxın dostu Miller kömək edib. 1978-ci ildə Lənkəran Şəhər Diyarşünaslıq Muzeyinə Mirzə Ağaəli Əliyevin adı verilib.

Əliyev Hindistanın Kəlküttə şəhərində çıxan “Həblül-mətin” (Qırılmaz kəndir), Misirdə nəşr edilən “Cehrənüma”, İranda buraxılan “Nasiri”, Tiflisdə nəşr olunan “Şərqi-rus”, Bağçasarayda “Tərcüman” qəzetləri və “Molla Nəsrəddin”in müxbiri olub. “Molla Nəsrəddin” jurnalında “Qardaşoğlu” və “Sarsaqqulu” imzaları ilə yazırdı. Sonralar Əliyev “Siə Toloş” qəzetində də işləyib [1]. O, 1920-ci ildə Lənkəranda savad kurslarının müdiri olub, sonralar ilk sovet məktəblərinin təşkilində iştirak edib [2].

Mirzə Ağəli Mirzə Əziz oğlu Əliyev 13 yanvar 1941-ci ildə Lənkəran şəhərində vəfat edib, Böyük bazar qəbiristanlığında dəfn olunub [1]. Onun şəxsi arxivindəki bir çox materiallar, fotoşəkillər, əlyazmalar hazırda Lənkəran Diyarşünaslıq Muzeyində saxlanılır. Digər əşyaları, məqalə və şeir kitabları və müxtəlif tədbirlər zamanı çəkilmiş fotoşəkillər nəvəsi Fərhad müəllim tərəfindən qorunub saxlanılır [3].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Əziz Mirəhmədov. Azərbaycan jurnalistləri və naşirləri. Bakı-2013.

  3. http://www.anl.az/down/meqale/azerbaycan/2013/fevral/295241.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər