top
Rusiya çarı I Pyotrun əmri ilə inşa olunan Gamışavan qalası
04 dekabr 2023, 23:17
- ↺ +

Rusiya çarı I Pyotrun əmri ilə inşa olunan Gamışavan qalası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qala Lənkəran rayonunun Göyşaban kəndində yerləşirdi. Bu qala istehkamı 1730-1732-ci illərdə rusların köməyi ilə yerli ustalar tərəfindən tikilmişdir. Ruslar qalanı Olxovka adlandırırdılar [2].

Gamışavan qalası geniş əraziyə malik idi. Qalanın cənub sərhədi indiki Lənkəran şəhərinin “Azrıba” hissəsində, Lənkəran şəhər “Cümə” məscidinin yerləşdiyi ərazidən başlamış, şimalda Ürgə kəndindən keçən Viravul çayına qədər uzanmışdır  [4].

Tarixçi P.S.Butkov “1732-ci ildən 1803-cü ilədək Qafqazın yeni tarixinə aid materiallar” kitabında yazıb ki, Rusiya çarı I Pyotr 1723-cü ildə Xəzəryanı bölgələri işğal etdikdən sonra ruslar bir çox ərazilərdə qalalar tikiblər. Həmçinin Lənkəranda da Gamışavan qalasını inşa ediblər [1].

Qala Birinci Rusiya-İran müharibəsinin (1804-1813) əsas döyüş nöqtələrindən biri olub. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də bu qala haqqında yazıb: “Ruslar döyüşdən sonra Mirmustafa xanla bərabər Gamışavana çəkildilər. İran qoşunu Gamışavanın qarşısında səngər və bürclər düzəltdilər. İki aya qədər dənizdən və sahildən atışma davam etdi. Gamışavanı almaq mümkün olmadı” [2].

Rus ordu komandiri kapitan Veselaqon Markiz Poulunçiyə 22 yanvar 1812-ci il tarixli raportunda yazmışdır ki, İran qoşunları 1809-cu ildə Talış xanlığına hücum edərkən Mirmustafa xanın ailəsi və ən yaxın qohumları Olxovka qalasında müdafiə olunmuşdular.

Hazırda Gamışavan qalasından əsər-əlamət qalmamışdır. Ehtimal edilir ki, qala divarları XIX əsrin əvvəllərində Xəzər dənizi səviyyəsinin 5-6 metr qalxdığı zaman dağılmışdır [1].

Ayaz Əhmədov “Göyşaban” kitabında sovet dövründə qalanın şimal sərhədi olan Ürgənin yerində təsərrüfat işləri zamanı burada qırmızı kərpiclərdən hörülmüş qalınlığı 1,5-2 metrə qədər olan divar qalıqlarına, uçmuş tunellərə, yeraltı sığınacaqlara rast gəldiyini qeyd edib. Həmçinin qalanın cənub sərhədi olmuş ərazidə (Lənkəran şəhərinin “Azrıba” məhəlləsi) torpağın altından qədim sikkələr, məişət əşyaları, köhnə paslanmış tüfəng hissələri aşkar edilmişdir [3].

Hazırda kəndin ərazisində, şose yolunun üstündə simvolik olaraq, Qala divarı ucaldılıb [4].

Ədəbiyyat: 


  1. Mirhaşım Talışlı Etibar Əhədov Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Aqşin Mistanlı Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  3. Kərbəlayı Ayaz Əhmədov. Göyşaban. Bakı-2013.

  4. https://azadaz.com/xeber/11431/gamisavan-qalasi

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər