top
“Qızıl qələm” mükafatının laureatı yazıçı Ağəddin Mansurzadə
30 noyabr 2023, 00:30
- ↺ +

“Qızıl qələm” mükafatının laureatı yazıçı Ağəddin Mansurzadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağəddin Mansur oğlu Mansurzadə 28 avqust 1940-cı ildə Masallı rayonunun Qodman kəndində kolxozçu ailəsində anadan olub.

O, ilk təhsilini 1948-1958-ci illərdə Bədəlan kənd orta məktəbində alıb. Mansurzadə 1958-ci ildən Sumqayıt şəhərindəki Sintetik Kauçuk zavodunda işləməyə başlayıb.

O, 1960-cı ildə hərbi xidmətə çağırılıb [1].

Ağəddin Mansurzadə 1963-1969-cu illərdə indiki Bakı Dövlət Universitetində filologiya fakültəsində təhsil alıb.

O, 1963-1966-cı illərdə Şumqayıt Şəhər Komsomol Komitəsi 1 saylı tikinti trestində, Şumqayıt Neft-Kimya Kombinatı Ümumittifaq Zərbəçi Komsomol Tikinti Qərargahında işləyib. Mansurzadə 1966-cı ildə Şumqayıt şəhər 35 saylı texniki-peşə məktəbində, 1967-1970-ci illərdə isə 7 saylı texniki peşə məktəbində çalışıb. O, 1970-ci ildən başlayaraq müxtəlif vaxtlarda “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Ülfət”, “168 saat”, “Dünya pəncərə”, “Bakı Bələdiyyəsi” qəzetlərində və “Mozalan” satirik jurnalında işləyib [2].

Ağəddin Mansurzadə ədəbi yaradıcılığa 1964-cü ildən “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İslam və onun briqadası” adlı ilk oçerki ilə başlayıb. Onun əsərləri sırasında “Mən hamının balasıyam”, “Dağ suyu”, “Cənnətdə görüşənədək”, “Mən Bəxtiyaram”, “Ayağa qalxaq”, “Ədəbi portretlər”, “Sənətkar xoşbəxtliyi” və s. qeyd etmək olar [1,3]. Onun 1000-dən artıq məqalə, oçerk və elmi-publisistik yazıları bir neçə dillərdə nəşr edilib [2].

Mansurzadə 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1985-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub [1]. Bundan əlavə, o, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü seçilib. Ağəddin “Qızıl qələm” və “Vətən” mükafatlarının laureatı idi [2].

Ağəddin Mansurzadə 27 aprel 2008-ci ildə vəfat edib [3]. 20 noyabr 2013-cü ildə yazıçıya həsr olunmuş ”Ömür bitsə də…” kitabının təqdimatı keçirilmişdir [4].

Ədəbiyyat:


  1. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı-2011.

  2. Hacı Ağəddin Mənsurzadə. Nəsir İmanquliyev məktəbi. Bakı-2007.

  3. http://az.baku-art.com/az/bu-gun-yazich-publisist-ageddin-mansurzadenin-80-illiyidir?highlight=masall%C4%B1

  4. https://www.adalet.az/mobil/28871

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər