“O səs Azərbaycan” verilişinin finalçısı həmyerlimiz İlkin Dövlətov “Avroviziya 2024” seçim turunu uğurla başa vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində verir.
O, seçim turuna Mila Miles və Etibar ilə birgə qatılıb. Onlar finala vəsiqə qazanaraq ölkəmizi gələn ilin may ayında baş tutacaq “Avroviziya” mahnı müsabiqəsində təmsil edə biləcək 15 namizəddən biri olublar.
Qeyd edək ki, İlkin Dövlətov əslən Cəlilabad rayonunun Muğan kəndindəndir.