“O biri otaq”ın təşkilatçılığı ilə Lənkəranda öyrədici və əyləncəli tədibr təşkil olunacaq. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir.
25 mart saat 14:00-da “O biri otaq” komandasına qoşularaq, @luna___gifts ilə birlikdə özünüzə və ya sevdiklərinizə kiçik hədiyyələr hazırlaya bilərsiniz.
Birlikdə açarlıqlar, sırğalar, boyunbağılar, biləkliklər, broşlar və s. hazırlanacaq. Girişi 4 azn təşkil edən tədbirdə gərəkli hər bir ləvazimatla təmin olunacaqsınız. Yaş məhdudiyyəti yoxdur, hər kəs bizə qoşula bilər.