top
Nəriman Nərimanovla şəxsən tanış olan Əkbərxan Talışinski
13 aprel 2023, 02:38
- ↺ +

Nəriman Nərimanovla şəxsən tanış olan Əkbərxan Talışinski

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əkbərxan Mir Qasımbəy oğlu Talışinski 1885-ci ildə Masallı rayonunun indiki Ərkivan qəsəbəsində anadan olub.

Talışinski ilk təhsilini Ərkivanda aldıqdan sonra Lənkəran şəhərinə gedərək, buradakı rus məktəbində təhsil alıb. Lənkəran şəhərində oxuyan zaman Əkbərxana Mirzə İsmayıl Qasir və Teymur bəy Bayraməlibəyov dərs deyiblər. Əkbərxan Talışinski təhsilini bitirdikdən sonra Şamaxı və İsmayıllıda rus dili və ədəbiyyat müəllimi kimi işləyib.

Əkbərxan Talışinski hələ Lənkəranda oxuyan zaman teatra maraq göstərirdi. O, Orta Asiyada yaşayarkən bir çox teatr tamaşalarını səhnələşdirmiş, rejissor və aktyor kimi işləmişdir. 1913-cü ildə Aşqabadda Talışinski yerli həvəskarların iştirakı ilə “Yaman qardaş” dramında oynayıb [1].

Əkbərxan Talışinskinin Orta Asiyada, xüsusilə Özbəkistanda xalq teatrının inkişafında böyük rolu olub. O, yerli həvəskarlarla məktəb və maarif işlərində, yoxsullara kömək və digər xeyriyyə məqsədləri ilə çox sayda tamaşalar hazırlayırdı.

Talışinski 1917-1920-ci illərdə Orta Asiyada olarkən buradakı inqilabi fəaliyyətə qoşulur. O, Daşkənd, Aşqabad, Kokand, Nəməngan şəhərlərində olan bolşeviklərlə yaxından əlaqə yaradır. Əkbərxan Talışinskinin 1919-cu ildə Daşkənddə təşkil etdiyi “Qafqaz və Azərbaycan türkləri kommunist bolşeviklərinin Daşkənd təşkilatı”nda 150 nəfərdən artıq azərbaycanlı var idi. O, 1919-cu ilin sentyabr ayında Zakaspi vilayəti inqilab komitəsinin sədri təyin edilib. Talışinski Azərbaycanda da sovet hakimiyyəti uğrunda gedən mübarizədə iştirak edib. O, ictimai-siyasi xadim Nəriman Nərimanovla şəxsən tanış idi [2].

1920-ci illərdə Əkbərxan Talışinskinin köməyi ilə indiki Ərkivan qəsəbəsində ilk ibtidai məktəb açılmışdır. Burada məktəb binası istifadəyə verilənədək təhsil müəssisəsi yerli sakinlərin evlərində fəaliyyət göstərirdi [3].

Talışinski repressiya dövründə “nərimanovçuluqda” və millətçilikdə təqsirləndirilərək partiyadan çıxarılıb. Lakin sonradan bəraət alıb və ömrünün sonuna kimi Bakı şəhərində yaşayıb [2].

Əkbərxan Talışinski 1962-ci ildə vəfat edib və Ərkivan qəsəbəsində dəfn olunub [1].

Ədəbiyyat:


  1. Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.

  2. Novruz Novruzov. Masallı. Bakı-1990.

  3. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər