top
Mürsəlli ocağının önündə yerləşən ibadətgah: Sığdaş kənd məscidi
06 aprel 2023, 01:35
- ↺ +

Mürsəlli ocağının önündə yerləşən ibadətgah: Sığdaş kənd məscidi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sığdaş kənd məscidi Masallı rayonunun eyniadlı kəndinin mərkəzində yerləşir. İbadətgah 2002-ci ildə inşa edilib [3].

Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadan hazırlanıb, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfində tağlı dörd pəncərə və iki qapı var. Yan tərəfdə iki, arxa divarda isə beş pəncərə yerləşir. İbadətgahın ön hissəsində eyvan var. İbadət evinin iki minarəsi və bir günbəzi mövcuddur. Minarələrin hündürlüyü 22 metr təşkil edir [3].

Bu məscidin yerində əvvəllər köhnə ibadətgah olub. Həmin ibadət evi haqqında 1859-1864-cü ilə aid olan Bakı quberniyası üzrə aparılan siyahıyaalınmada qeyd edillib [1]. Köhnə məscid Mürtəza-Əli adını daşıyırdı. Sonralar Mürsəlli, yəni “Allah tərəfindən göndərilmiş müqəddəs” adlandırılıb. Məhz bu ərazidə ibadətgahın tikilməyi bir rəvayətlə bağlıdır. Deyilənlərə görə, gecələr məsciddən nöhə (matəm nəğmələri) səsi eşidilirmiş. Lakin səsə gələn yerli sakinlər heç kimi görmürdülər. Bu hadisə bir neçə dəfə təkrarlanır. Bundan sonra həmin yeri kənd əhalisi müqəddəs saymağa başlayır və XIX əsrdə burada məscid inşa edirlər [2].

Hazırda Məscidin önündə Mürsəlli ocağı yerləşir. Rəvayətə görə, İmam Əli buradan keçərkən quyu qazdırıb və sonralar bu yer ziyarətgaha çevrilib [3].

Ədəbiyyat:


  1. Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.

  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.

  3. İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.


[URIS id=36306]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər