top
Müasir Azərbaycan nəsrini ingilis dilinə çevirmiş ilk tərcüməçi: Zeydulla Ağayev
16 mart 2023, 00:43
- ↺ +

Müasir Azərbaycan nəsrini ingilis dilinə çevirmiş ilk tərcüməçi: Zeydulla Ağayev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zeydulla Abdulla oğlu Ağayev 1945-ci ildə Masallının Qəriblər kəndində anadan olub.

Ağayev 1968-ci ildə indiki Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili fakültəsini bitirib. O, 1969-1983-cü illərdə “Bilik” qəzetinin redaktoru işləyib. Ağayev 1983-1994-cü illərdə ADU-da bir çox vəzifələrdə çalışıb. O, 2000-2005-ci illərdə ADU-da elmi işlər üzrə prorektor, 2007-2009-cu illərdə isə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində işləyib.

Zeydulla Ağayev yazıçı və tərcüməçi kimi tanınıb. O, C.London, A.Konan Doyl, T.Drayzer, E.Heminquey, S.Moem, A.Heyli kimi dünya şöhrətli yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib, çap etdirmişdir [1]. 1988-ci ildə ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir [2]. Ağayev, həmçinin “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. kitabların müəllifidir [1].

Yazıçı, həmçinin “Müasir Azərbaycan nəsri”ni ingilis dilinə çevirmiş ilk tərcüməçi olub. İsmayıl Şıxlı, Anar, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqa yazıçıların bir sıra hekayələrini ingilis dilinə çevirərək, çap etdirib.

Onun rəhbərliyi və təşəbbüsü ilə Semyuel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri” ingilis dilindən tərcümə olunaraq, rus dilində böyük tirajla çap edilib.

Zeydulla Ağayev Azərbaycan - ABŞ əlaqələrindəki xidmətlərinə görə, ABŞ-nin Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülüb. Dəfələrlə ABŞ-də elmi ezamiyyətlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparıb [2]. O, Los-Anceles Kaliforniya Universitetində də dərs deyib.

2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərilib.

O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub [1]. Yazıçı 70-ə yaxın elmi və 100-dən çox publisistik məqalənin müəllifidir.

Zeydulla Ağayev 2014-cü ilin fevral ayında vəfat edib [2].

Ədəbiyyat:


  1. Nurəddin Ədiloğlu, Fərahim Xələfli. Masallı - cənnət misalı. Bakı-2013.


http://www.anl.az/down/meqale/525/2014/fevral/353296.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər