Müəllimlər üçün təlimlərə start veriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Təlimlərdə iştirak etmək üçün tələblər:
- MİQ, DQ və Sertifikasiya imtahanlarında yüksək nəticə;
- Minimum 5 il pedaqoji staj;
- LARTİ tabeliyində olan təhsil müəssisəsində fəaliyyət.
Təlimləri uğurla bitirən təhsilverənlər müəllimlik fəaliyyətlərini davam etdirməklə yanaşı, gələcəkdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil sektorlarında yaranmış müxtəlif vakansiyalar üzrə işlə təmin olunmaq imkanı qazana bilərlər.
Təlimlərdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün son tarix: 25.02.2024.