top
Monqol sərkərdəsi adı əsasında yaranan yaşayış məskənı: Şatıroba kəndi
11 mart 2023, 01:47
- ↺ +

Monqol sərkərdəsi adı əsasında yaranan yaşayış məskənı: Şatıroba kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şatıroba kəndi Masallı şəhərindən təxminən 20 km cənub-şərqdə yerləşir. Kənd XVIII əsrdə salınıb. Baqdasaroba və Erəxoba məhəllələrinin əhalisi kəndin ilk sakinləri hesab olunurlar [1]. 

Şatıroba toponiminin mənası müxtəlif şəkildə izah edilir. Şatıroba sözündə “Şatır” ərəb dilindən tərcümədə “çörəkçi”, “oba” isə Azərbaycan dilində “yurd, məskən” anlamında işlənir, yəni toponim “çörəkçi obası” mənasını verir [2].

Bu toponimin yaranmasını İranın Xalxal ərazisində yaşayan “şatrablı” kürd tayfasının, fars dilində “şotor”, ərəb dilində “şən, şux” mənalarında işlənən “şatir” sözləri ilə əlaqələndirmək olar. Ehtimal olunur ki, vaxtı ilə monqol-tatar sərkərdələrinə “şatir” deyilirdi. Şatıroba kəndinin monqol-tatar tayfalarının məskunlaşması ilə əlaqədar yaranmış Türkoba kəndi ilə bitişik ərazidə yerləşməsini nəzərə alaraq, belə bir fikrə gəlmək olar ki, Şatıroba monqol sərkərdəsi adı əsasında yaranıb [1].

Yerli əhalinin sözlərinə görə, Şatıroba sözü bu yaşayış yerinin talış dilindəki adı olan “Şatoba” sözündən yaranıb. “Şatoba” sözü talış dilindən tərcümədə “əyri oba” deməkdir. Bu ad kəndin coğrafi şəraitinə də uyğundur. Toponim, həmçinin Cəlilabad rayonunun ərazisində də mövcuddur [2].

Şatıroba kəndində bir neçə tarixi abidələr mövcuddur: tunc dövrünə aid Axundtəndi kurqanı, orta əsrlərə aid Mir Abdulla ocağı, Seyidoba qəbiristanlığı, Qara Seyid türbəsi   və s. [3].

1915-ci ilə aid olan məlumata görə, Şatıroba kəndində 290 nəfər yaşayırdı [4]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 1740 nəfər yaşayıb [5]. 

Ədəbiyyat:


  1. Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.

  2. Musarza Mirzəyev, Şahrza Ağayev. Masallı toponimləri. Bakı-1992.

  3. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri - ziyarətgahlar. Bakı-2021.

  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.

  5. Кавказский календарь на 1915 год. Тифлис-1914.


[URIS id=34932]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər