top
Minlərlə qəbirin yerləşdiyi Şeyx Nəsrullah ziyarətgahı
20 yanvar 2025, 06:00
- ↺ +

Minlərlə qəbirin yerləşdiyi Şeyx Nəsrullah ziyarətgahı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şeyx Nəsrullah ziyarətgahı Astara rayonunun Sibiyyət kəndinin yaxınlığında, Bakı-Astara yolundan təxminən 30 km, əhalinin yaşayış yerindən isə 4 km aralıda yerləşir.

Pirin inşa tarixi XIV-XV əsrlərə aid edilir. Burada həmin dövrün görkəmli şəxsiyyətləri Şeyx Nəsrullah və onun əmisi Şeyx Mir Abbas, həmçinin Şeyx Vəliəddinin qəbirləri yerləşir. Qəbiristanlığın girəcəyində onların qəbirləri üzərində məqbərə ucaldılıb.

Ziyarətgah bir hektardan çox ərazini tutur. Burada mindən çox qəbir yerləşir. Pirin ərazisində ağır çəkili namaz daşı var. Ziyarətə gələnlər bu daş üstündə namaz qılırlar.

Şeyx Nəsrullahla bağlı xalq arasında bir neçə rəvayət mövcuddur.

Rəvayətdə deyilir:

“Şeyx Nəsrullah dostları ilə bulaq başında söhbət edirmiş. Dostları ona deyirlər:

- Öz kəramətini bizə göstər.

Şeyx bu zaman təsbehini suya atır. Güclü axan su isə təsbehi aparır. Şeyx dostlarına səslənir:

- Gedək, təsbehimi evimin yanında olan bulaqdan götürəcəm.

Şeyx Nəsrullah onlarla bir yerdə gedib təsbehini axar bulağın başından götürür.”

Digər rəvayətdə isə belə deyilir:

“Bir gün Nəmindən (İran) Şeyx Nəsrullahın yanına qonaq gəlir. Şeyx qonağa deyir:

- Bu gün sizə elə bir yemək verəcəm ki, heç yeməmiş olasız.

Süfrəyə yemək gətirilir. Qonaq görür ki, bu, həmişə yediyi südlü aşdır. Ona görə də deyir:

- Bəs deyirdin ki, heç yemədiyiniz yemək verəcəyəm? Bu ki südlü aşdır.

Şeyx isə deyir:

- Doğrudan da, siz beləsini heç vaxt yeməmisiniz.

Sonra Şeyx pəncərəsinin pərdəsini çəkib, evin tinində maralın südünü sağan həyat yoldaşını qonaqlara göstərir. Qonaq başa düşür ki, Şeyx öz dediyinə əməl edib.”

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Bu gün, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Bu gün, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Bu gün, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Bu gün, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Bu gün, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Bu gün, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Bu gün, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Bu gün, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Bu gün, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Bu gün, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Oxşar xəbərlər