top
Masallının “Şeyxlər diyarı”: Şıxlar kəndi
18 oktyabr 2023, 23:51
- ↺ +

Masallının “Şeyxlər diyarı”: Şıxlar kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şıxlar kəndi Masallı şəhərindən 15 km cənub-qərb istiqamətində yerləşir.

Deyilənlərə görə, əvvəllər bu kənddə Nəzər adlı şeyx yaşadığından yaşayış məntəqəsinin adı Nəzərkənd idi [6]. Başqa versiyaya görə, kəndin adı Şeyxlər olub. Buna səbəb isə burada şeyxlərə məxsus tikililərin mövcud olmasıdır [2]. “Şeyx” sözü ərəb dilindən “qoca, ağsaqqal” deməkdir. Bu ad orta əsrlərdə tayfa, qəbilə, təriqət başçılarına, görkəmli ilahiyyatçılara və digər nüfuzlu şəxslərə aid edilirdi.

Şıxlar adında ölkədə təxminən 43 toponim mövcuddur. Tarixçi Məşədixanım Nemətova Şıxlar toponiminə aid bir fikir bildirib: “Bütün müsəlman şərqində olduğu kimi, orta əsr Azərbaycanında da böyük alim və təriqət başçılarının məzarları ətrafnda onlardan sonra nəzəriyyələrini yayan müridləri dəfn olunurdu. Müridlər də şeyx ləqəbi daşıdıqları üçün bir neçə ildən sonra məzar və ətrafındakı qəbiristanlıqlar “Şeyxlər” (Şıxlar) adını alırdı. Bələ kənd adlarına tez-tez rast gəlmək olur” [1].

Şıxlar kəndində bir neçə tarixi abidə mövcuddur: e.ə. III-I əsrlərə aid Dirozə zəmin (uzun torpaq qəbirlər) nekropolu, son tunc - ilk dəmir dövrünə aid Aşağı-Homa kurqanları, IX-XIII əsrlərə aid Şıxlar yaşayış yeri, orta əsrlərə aid Pirzəba türbəsi, XIX əsrə aid Şıxlar kənd məscidi və Mir Əlican ocağı [5].

Əhali, əsasən, arıçılıq və əkinçiliklə məşğuldur [6]. 1915-ci ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Şıxlar kəndində 113 nəfərin yaşadığı qeyd olunub [4]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 456 nəfər yaşayıb [3].

Ədəbiyyat:


  1. Musarza Mirzəyev, Şahrza Ağayev. Masallı toponimləri. Bakı-1992.

  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007.

  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.

  4. Кавказский календарь на 1915 год. Тифлис-1914.

  5. Aqşin Əliyev. Masallının tarix və mədəniyyyət abidələri -ziyarətgahlar. Bakı-2021.

  6. http://regionplus.az/az/articles/view/4209

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər