Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində "Ziyarətinə gəlmişəm, Şuşa" adlı tamaşa-kompozisiya nümayiş etdiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində verir.
Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan tamaşa 3 noyabr saat 11:00-da təqdim olunacaq.