Masallıda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş "Zərif insan ömrü” filmi nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində verir.
Masallı Gənclər evində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə XX əsr Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə onun həyat və fəaliyyətinə həsr olunmuş filmi tələbə və gənclər izləyiblər.