Masallı rayonunda “Zərərli vərdişlərə yox deyək” mövzusunda təlim təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.
Tədbir 1 dekabr tarixində saat 10:00-11:00 arası N.Əbilov adına rayon Kəlbəhüseynli kənd tam orta məktəbində baş tutacaq.
Psixoloq Ramal Şükürov tərəfindən keçiriləcək seminarın məqsədi zərərli vərdişlərə qarşı mübarizə işinin gücləndirilməsidir.
Təlimə hər kəs dəvətlidir.