Sübhan Xəlilov adına Masallı rayonu Qızılağac kənd 1 saylı tam orta məktəbində "Yaşıl dünyanı birlikdə qoruyaq" adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı maarifləndirici məlumat verilib.
Tədbirin əsas tezisi “Həyat və gələcək üçün təbiətlə bir yerdə olmaq gərəkdir" olub.