Masallı rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri üçün “Uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri” adlı təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Psixoloq-təlimçi Süsən Axundovanın təqdimatında keçirilən təlim zamanı uşaqların ədəbi və psixoloji inkişafı üzrə vətənpərvərlik mövzusu, nağıl terapiyası, qorxular haqqında uşaq filmi, “Gələcəyə məktub” metodu və özgüvən üzrə çalışmalar işlənilib, mövzu ətrafında maraqlı diskussiya aparılıb.
Qeyd edək ki, tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin, Masallı rayonu üzrə Təhsil sektorunun və “Uğur psixoloji və nitq inkişaf mərkəzi”nin dəstəyi ilə baş tutub.