Masallıda "Gənclərdə startap və innovativ sahibkarlığın təşviqi" adlı təlim təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.
Tədbir təlimçi Rafət Şirəliyev tərəfindən aparılıb. O, iştirakçılara ideyanı biznəsə çevirmək, investisiya qazanmağın yolları haqqında məlumat verib.
Yekunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun təşkilatçılığı ilə baş tutub.