Masallıda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Qanlı şənbə” adlı rəsm sərgisi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.
Masallı Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə fotoşəkillərlə yanaşı, qalereyanın dərnək üzvlərinin mövzu ilə bağlı çəkdikləri rəsm əsərləri də yer alıb.
Qeyd edək ki, sərgi yanvarın 21-dək davam edəcək.