Masallıda məktəblilər üçün “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda təlim baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarxində verir.
Antinarkotik təbliğatı çərçivəsində keçirilən tədbir Rayon Polis Şöbəsi tərəfindən təşkil olunub. Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib.
Sonra iştirakçıların sualları cavablandırılıb və videoçarxlar nümayiş etdirilib.