Masallı Dövlət Rəsm Qalereyasında “İdman həftəsi” çərçivəsində “İdman və yaşıl dünya” başlığı altında sərgi təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Sərgidə idman mövzusunda Q. Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin şagirdləri Əlihüseyn Əsgərov, Günel Sadıqova, Aylin Nəsirova, Səbinə Axundova, Tunay Əzimovanın əl işləri nümayiş olunub.
Qeyd edək ki, sərgi iki gün davam edəcək.