Masallıda “İdman şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Tədbir Gənclər Evi SXM-də keçirilib. Müsabiqə üç kateqoriya (I-IV, V-VIII və IX-XI siniflər) üzrə təşkil olunub.
İştirak edən 300-ə yaxın şagird müxtəlif idman növlərini əks etdirən şəkillər çəkib. Sonda qalib gələn şagirdlər diplom və medallarla mükafatlandırılıblar.
Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən təşkil edilib.