Masallıda “Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir” mövzusunda tarix dərsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 dekabr tarixində verir.
Tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyində Qızılağac kənd tam orta məktəb şagirdlərinin iştirakı ilə baş tutub. Burada muzeyin direktoru Əntiqə Tağıyeva və məktəbin tarix müəllimi Sərxan Əhmədov çıxış edərək ulu öndərin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışiblar.
Sonda şagirdlər muzey və qalereyanı ziyarət ediblər.