Masallıda “Heydər Əliyevin həyatı müasir gəncliyin gözü ilə” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində verir.
Görüşdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edib. O, gənclərə ulu öndərin keçdiyi mənalı ömür yolu haqqında ətraflı məlumat verib, onun zəngin və çoxşaxəli irsi barədə danışıb.
Tədbir GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin, Masallı Heydər Əliyev Mərkəzinin birgə dəstəyi ilə təşkil edilib.