Masallıda rayon üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlamış gənc müəllimlərlə görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.
Tədbir zamanı müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları, sinfin idarə olunması və s. mövzularda söhbətlər aparılıb, müəllimlərin təklifləri dinlənilib.
Qeyd edək ki, toplantı Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Rəhim Rəhimov tərəfindən keçirilib.