Masallı rayonunda "Yanvar səhəri" adlı tamaşa nümayiş ediləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.
Təqdimat 17 yanvar tarixində saat 11:00-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində başlayacaq.
Ümumxalq Hüzn Gününə həsr olunan tamaşada Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak edəcəklər.