Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov idman sahəsində səmərəli fəaliyyətinə görə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tərəfindən Fəxri Fərmanla təltif olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Fəxri Fərman Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov tərəfindən Ə.Yaqubova təqdim olunub.