Lənkəran rayonunun ucqar Jidi kəndini bütün Azərbaycana tanıdan, hamının sevimlisi Leyla müəllimə bu dəfə balaca Nuranəni sevindirib.
Belə ki, doğum günündə “Hamı yanımda olacaq bir tək atamdan başqa” deyən balaca qızcığaz lövhədə dərs danışarkən atasından təbriklər alıb.
Sevinc göz yaşlarına qərq olan Nuranə müəlliməsinə və sinif yoldaşlarına təşəkkür edib.