Lənkəran Dövlət Universitetinin (LDU) “Aqrar və mühəndislik” fakültəsində baytarlıq mövzusunda təlim təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.
Seminarın moderatorları Türkiyənin Kafkaz Kars Universitetinin professoru İsa Özaydın və dr. Murat Can Dəmir olublar. Burada heyvandarlığın biotexnoloji inkişafı istiqamətində aparılan təcrübi işlərdən, bu sahədə olan elmi yeniliklərdən, həllini gözləyən məsələlərdən danışılıb, müəllim və tələbələrlə ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirdə fakültənin Baytarlıq və aqrar elmləri kafedrasının professor-müəllim heyəti, adıçəkilən universitetdən gələn qonaqlar, tələbələr və magistrantlar iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.