Lənkəranlı gənc müəllim-müğənni İsmət Səfərov 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsində Loreen-in ifasında 1-ci yer tutan “Euphoria” mahnısına klip çəkdirib.
Klip Youtube və TikTok sosial şəbəkələrində 350 mindən çox baxış toplayıb.
Qeyd edək ki, gənc müğənni İsmət Səfərov əslən Lənkəranın Şıxəkəran kəndindəndir. O, kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.