Lənkəranda “Yollar, qaydalar və biz” mövzusunda görüş təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.
Toplantı Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub. Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydalarının təbliği və bu sahədə əldə olunan müsbət təcrübənin yayılmasıdır.
Qeyd edək ki, görüş DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilib.