Lənkəran Dövlət Dram Teatrında "Yaxşılığa yaxşılıq" tamaşası nümayiş ediləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Miraslan Ağayevin xalq nağılı əsasında səhnələşdirdiyi tamaşanın premyerası 9 mart saat 12:00-da baş tutacaq. Biletləri teatrın kassasından əldə etmək olar.
Biletlərin qiyməti: 3-5 manat.
Şəhid ailələrinə giriş sərbəstdir.
Ətraflı məlumat üçün: (+994) 51 601 3140; (025) 25 5 4973.
“Yaxşıdan yaxşıya” tamaşasının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti var. Tamaşa insanın hansı vəziyyətdə olmasından asılı olmayaraq, yaxşılıq etməyin vacibliyindən bəhs edir.