top
Lənkəranda yaşayan və dekorativ-tətbiqi sənətlə məşğul olan Aysel Hüseynovanı tanıyaq
21 fevral 2024, 07:20
- ↺ +

Lənkəranda yaşayan və dekorativ-tətbiqi sənətlə məşğul olan Aysel Hüseynovanı tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran sakini Aysel Hüseynovanın balıqqulağı və dəmir pullardan hazırladığı sənət əsərləri təkcə yerli sakinlərin deyil, rayona səyahət edən xarici turistlərin diqqətini çəkir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində Azertac-a istinadən verir.

Aysel Hüseynova 10 ilə yaxındır ki, bir-birindən maraqlı əsərlər yaradır. İxtisasca müəllim olmasına baxmayaraq, təsviri incəsənətin tətbiqi sənət növünə daha çox maraq göstərir. Bu maraq onu balıqqulağı və dəmir pullardan gözəl əsərlər yaratmağa qədər gətirib çıxarıb.

Onda ilk dəfə bu işə maraq Lənkəran Peşə Liseyinin əməkdaşı Fazil müəllimin tələbələr üçün keçirdiyi master-klas zamanı yaranıb:

“Əl işlərim 3-7 günə ərsəyə gəlir. Hətta bir ay davam edən işlərim də olur. Bu, işin həcmindən, ideyasından və istifadə edilən məhsullardan asılıdır. Müxtəlif ölçülü balıqqulaqlarını dəniz kənarından yığıram və xüsusi kimyəvi məhlullarda saxladıqdan sonra ölçüləri üzrə ayırıb istifadə edirəm. Dəmir pullardan olan əl işlərimə gəlincə, əsasən, 1 qəpiklik sikkələrdən istifadə edirəm. Belə əl işini yaratmaqda məqsədim insanlara stimul verməkdir. Qəpikləri zədələmədən və üzərində heç bir dəyişiklik etmədən istifadə edirəm. İstənilən vaxt bu pullardan təkrar istifadə etmək mümkündür”.

Aysel Hüseynova deyir ki, əl işləri öz gözəlliyi ilə xarici turistlərin də diqqətini çəkir. Lənkərana gələn bir çox turist onun əl işlərini alaraq aparır.

O, gələcəkdə əsərlərindən ibarət sərgi açmaq arzusundadır. Qeyd edək ki, Aysel Hüseynovanın əl işləri bir çox sərgi və festivallarda nümayiş olunub.

[URIS id=54223]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər