Lənkəranda “Xocalı – qan yaddaşımız” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 fevral tarixində verir.
Görüş Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Anar Kakayev açaraq qeyd edib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır. Xocalı faciəsinin qurbanlarının ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edildiyi qeyd edilib.
Daha sonra “Xocalı mənim düşüncəmdə” adlı esse yazı və rəsm müsabiqələri təşkil edilib. 1-ci yerin sahibləri fəxri fərmanlarla mükafatlandırılıblar.
Yekunda dərnək üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.
[caption id="attachment_54539" align="alignnone" width="336"]
Foto açıq mənbələr[/caption]