Lənkəranda ilk dəfə uşaqlar üçün Yeni il multişousu keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 dekabr tarixində verir.
“Sehrbazlar məktəbi. Nəhəngin sirri” adlı tamaşa 25 dekabr tarixində Lənkəran Dövlət Dram Teatrında baş tutacaq.
Biletin qiyməti 10-15 manat təşkil edir. 5 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Valideyn üçün bilet zəruridir.
Ətraflı məlumat üçün: +994 50 354-90-54.